Gecə saatlarında qaz təzyiqinin aşağı düşməsi ilə bağlı AÇIQLAMA

  • Space TV
  • 22 Yanvar 2021 14:46

“Qazın təzyiqinin nəzarətdə saxlanılması məsələsinə xüsusi diqqət ayrılıb”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev gecə saatlarında qaz təzyiqinin aşağı düşməsi ilə bağlı danışarkən deyib.

“Gecə saatlarında yay aylarından fərqli olaraq, qış aylarında qazın təzyiqinin nəzarətdə saxlanılmasına xüsusi diqqət ayrılır. Hazırda gecə saatlarında qaz təzyiqinin aşağı düşməsi məsələsi ilə bağlı ciddi tapşırıqlar verilib. “Azəriqaz” İstehsalat Birliyi olaraq bu məsələni diqqətdə saxlayırıq. Çünki qış aylarında qaz sərfiyatı xüsusilə artır və qazın təzyiqinin aşağı düşməsi təhlükə yarada bilər”, – deyə Ruslan Əliyev bildirib.

Paylaş

 Xəbəriniz olsun