Gecə saatlarında evdən çıxan qadın itkin düşdü

  • Space TV
  • 20 Noyabr 2019 12:26

Gəncə şəhərində 32 yaşlı qadın itkin düşüb.

SPACE TV  xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Quliyeva Aygün Arzu qızı noyabrın 15-də, gecə 01:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı polisə onun anası Quliyeva Arzu Teymur qızı müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun