Gecə paytaxtda baş verənlər

  • SpaceTV
  • 9 Avqust 2019 11:32

SPACE.TV-nin xüsusi müxbiri məlumat verir ki, bu  gecə də  paytaxt  yolları  qəzasız  ötüşməyib.

 Nərimanov rayonunda  “Range Rover” markalı avtomobilin sürücüsü, taksi kimi istifadədə olan “Ravon”  markalı minik avtomobili ilə toqquşub.

Hadisə Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Nəsibbəy Yusifbəyli küçəsi ilə hərəkətdə olan 90-NC-500 dövlət qeydiyyat nişanlı  “Range Rover” markalı avtomobilin sürücüsü qırmızı işıqdan keçib. Nəticədə qəza qaçılmaz olub. Taksi sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə yaralı xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir və  vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə yerinə  gələn yol patrul xidmətinin  əməkdaşları hadisəsinin dəqiq baş vermə səbəblərini araşdırmağa başlıyıb. Avtomobillər isə  dərhal ərazidən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

Nurlan Piriyev – Space

Paylaş

 Xəbəriniz olsun