Bu gecə də paytaxt yolları qəzasız ötüşməyib. Qəza törətdiyi avtomobil ilə hadisə yerindən qaçdı… Hadisə gecə saatlarında Nizami rayonu ərazisində baş verib.
Sabunçu rayon ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Pirşağı yolunda qeydə alınıb.
Qəza zamanı iki avtomobil toqquşub. Nəticədə 58 yaşlı Yusif Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə Yusif Məmmədovun vəziyyəti stabildir. Hadisə yerinə gələn yol patrul xidməti və Sabunçu rayon polis idarəsinin əməkdaşları, hadisəsinin dəqiq baş vermə səbəblərini araşdırırlar.
Digər bir yol – nəqliyyat hadisəsi isə Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib. Hadisə zamanı 2 avtomobillər toqquşub. Nəticədə avtomobildə olan şəxslərdən biri xəsarət alıb. Həkimlər onun vəziyyətinin orta ağır olduğnu bildirirlər. Qəzanın baş verməsinə yol hərəkəti qaydasının pozulması səbəb olub. Hadisənin səbəbləri araşdırılır.
Nurlan Priyev – Space