Gecə baş verən yol qəzaları; SPACE.TV-nin xüsusi müxbirindən

  • SpaceTV
  • 8 Avqust 2019 10:56

SPACE.TV-məlumat verir ki, dünən gecə paytaxt ərazisində yol nəqliyyat hadisəsi nəticəsində 4 nəfər xəsarət alıb.  Yasamal rayonunda isə piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

Paytaxtın Qala qəsəbəsində iki avtomobil toqquşub. Bir ailənin üç üzvü xəsarət alıb.

58 yaşlı Hüseynağa Muradov  yüksək sürətlə idarə etdiyi avtomobili  yol kənarında dayanmış digər avtomobilə vurub. Nəticədə hər iki sürücü İsmayıl Əliyev, Hüseynağa Muradov və onun həyat yoldaşı, Şəfiqə Muradova və  20 yaşlı qızı Nəzrin Muradova xəsarət alıb. Yaralılar dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirilib. Hazırda müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Sürücü hadisə yerindən qaçıb…

  Paytaxtın Yasamal rayonunda yolu keçmək isdəyən piyadanı avtomobil vurub. Hadisə  gecə saatlarında İnşaatçılar prospektində qeydə alınıb. Bakı sakini, 49 yaşlı Rauf Əyyubovu naməlum avtomobil vurub. Hadisəni törədən sürücü avtomobili ilə birgə hadisə yerindən yayınıb. Yaralı ətrafdakıların köməyi ilə  təcili olaraq xəstəxanaya çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən yaralıya tibbi yardım göstərilib  və vəziyyətinin orta-ağır olduğu bildirilir. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, sürücü axtarışdadır. Araşdırmalar aparılır.

Nurlan Piriyev – SPACE

Paylaş

 Xəbəriniz olsun