G7 sammiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

  • SpaceTV
  • 24 Avqust 2019 13:32

G7 ölkələrin sammitinə ev sahibliyi edəcək Fransanın Biarrits şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Space TV xarici mətbuata istinadla xəbər verir ki, Fransanın hüquq-mühafizə orqanları sammitin təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edir.

Qeyd edək ki, G7 sammiti avqustun 24-26-da keçiriləcək. Sammit ölkələrinə Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiya daxildir.

Paylaş

 Xəbəriniz olsun