Gənclər və İdman Nazirliyi tərəfindən “El havası” adlı yeni əyləncəli musiqi layihəsinə start verilib.

  • SpaceTV
  • 25 Yanvar 2020 16:30

İlk olaraq 2019-cu ilin dekabr ayında Gəncə-Qazax iqtisadi rayonu üzrə start götürən layihə bu dəfəki seçim turu Şamaxı rayonunda keçirilib. Şamaxı şəhərində yerləşən İncəsənət Təhsili Mərkəzində Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Zərdab və Şamaxı rayonlarından olan gənclər seçim turunda aktiv iştirak ediblər. Əsasən region gənclərini əhatə edən yarışmanın əsas məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərimizin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, həmçinin qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli-mədəni irsimizi təbliğ etməkdən ibarətdir.Yarışma haqqında geniş məlumat əldə etmək məqsədi ilə “El havası” sosial media hesabı yaradılıb. İştirak etmək istəyən hər bir gənc istedad sahibi “El havası” facebook səhifəsində qeydiyyatdan keçərək, həmçinin yerli gənclər və idman idarəsinə müraciət edərək layihəyə qatıla biliblər. Yarışma rəqs, solo ifa, musiqi alətində ifa nominasiyaları üzrə keçirilib. Zonalarda keçirilən “El havası” yarışmasının qaliblərini Bakıda təşkil olunacaq möhtəşəm Qala konsert proqramında maraqlı sürprizlər gözləyir.

Paylaş

 Xəbəriniz olsun