Gənclər həqiqi hərbi xidmətə yola salındı

  • SpaceTV
  • 8 Oktyabr 2019 15:19

Ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr verdiyi , onların müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi ilə yola düşmələrindən görünür.

Azərbaycan qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev çağırışçıların vətənimizin keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyini bildirib.

Sonda çağırışçı gənclər Azərbaycanın üçrəngli bayrağını öpərək vətənə sədaqət andı içib və ordu sıralarına yola düşüblər.

LALƏ  ÜLVİQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun