Gənclər Fondundan Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

  • Space TV
  • 9 Oktyabr 2020 10:31

Azərbaycan Respublikasının Gənclər Fondu və tabeliyindəki “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan Milli Ordumuza dəstək olmaq məqsədilə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq aylıq vəzifə maaşlarından ianə ediblər.

Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşları olaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və yenilməz ordumuzun gücünə inanır, torpaqlarımızın ərazi bütövlüyünü bərpa edərək, qələbə çalacağına əminik! 

Qarabağ Azərbaycandır!

Paylaş

 Xəbəriniz olsun