Anadangəlmə fiziki qüsurlu olan Orxan Əliyevin 31 yaşı var. 4 ildir ki, jurnalistika sahəsində fəaliyyət göstərir. Bununla yanaşı son 2 ildə həm də aktyor kimi çalışır. Həyatda bir çox uğurlara imza atan Orxan, gənclərə örnəkdir, əsasən də fiziki qüsuru olanlara yaşayıb, yaratmaq situmulu verir.
Azərbaycanda 620 mindən çox fiziki məhdudiyyətli insan yaşayır. Bunlardan 70 mini isə sağlamlığı məhdud olan uşaqlardır. Fiziki qüsürlu insanların sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqramda onların reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb.
Nazirliyin rəsmisi həmçinin bildirdi ki, sağlamlıq imkanı məhdud şəxslərin sosial müdafiəsi ildən-ilə daha da gücləndirilir, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir ki, bu da onların cəmiyyətə inteqrasiyasına xidmət edir.
Hər ay onlara pensiya və sosial müavinətlər verilir, maddi yardımlar da ildən-ilə artırılır. Onların sağlamlığının bərpası üçün paytaxtla yanaşı , bölgələrdə də reabilitasiya mərkəzləri var. Bütün bunlar fiziki məhdudiyyətli insanlara dəstək və onların normal həyata inteqrasiyasına hesablanıb.
NURLAN OKTAYOĞLU SPACE TV