“Gəncapp” mobil tətbiqi

  • SpaceTV
  • 30 Sentyabr 2019 17:08

Gənclər üçün önəmli xəbər. Bundan sonra onlar  “Gəncapp” mobil tətbiqi vasitəsilə tədbirlər, layihələr və təşəbbüslər barədə ən son xəbərlər, eləcə də mövcud dövlət dəstəyi mexanizmləri və xidmətləri barədə ətraflı məlumatları effektiv şəkildə əldə edə biləcəklər.  

Tətbiq həmçinin könüllülük hərəkatlarının tədbir və layihələri barədə məlumat təqdim etməklə yanaşı, gənclərin maraq dairəsinə uyğun könüllülər hərəkatına üzv olmaq, öz həmfikirləri ilə sosiallaşmaq imkanı da təklif edir.

Tətbiqin üstünlüklərindən biri də ödənişsiz CV generator funksiyasıdır ki, bu funksiya sayəsində gənc öz CV-ni düzgün formada yaradaraq istifadə etmək, tətbiqdə xüsusi bölmədə göstərilən vakansiyalara göndərmək imkanına sahib olacaq. Mobil tətbiqin 3 dildə azərbaycan, rus və ingilis dillərində fəaliyyətləri nəzərdə tutulub.  

Nərgiz Ərəstunqizi Space

Paylaş

 Xəbəriniz olsun