Gənc qadın 30 körpəni ana südü ilə təmin etdi

  • Space TV
  • 20 Dekabr 2019 15:25

ABŞ-ın Virciniya Biç şəhərində yaşayan qadın ana südü ilə 30 uşaq bəsləyib.

Məlumatı “13newsnow” portalı yayıb.

Oğul övladı dünyaya gətirən Kriştina Reş adlı ana bir müddətdən sonra aşkar edib ki, onun artıq südü qalır. Gün ərzində övladını təmin etmək üçün anaya 300 millilitr süd kifayət edib. Artıq qalan ana südünü isə süzmək lazım gəlib. Gənc ana hər gün iki-üç litr südü soyuducuda gizlədib.

Kristina Reş bir müddətdən sonra ana olan rəfiqəsinə yığdığı süddən hədiyyə edib, lakin süd bitmək bilməyib. Belə olan halda qadın ehtiyacı olan analara “Facebook” üzərindən ana südü verməyə başlayıb. 17 ay ərzində qadın 29 körpəyə 355 litr ana südü iyanə edib.

Kristina Reş bildirib ki, körpələrə yardım edə bildiyinə görə qürur duyur.

Paylaş

 Xəbəriniz olsun