Gənc oğlana 8 bıçaq zərbəsi vurulub

  • SpaceTV
  • 30 Sentyabr 2019 07:39

Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 26 yaşlı İbrahim Əliyev naməlum şəxslə mübahisə edib. O, dava zamanı kürək nahiyəsi, qarın və qolundan 8 bıçaq xəsarəti alıb. Yaralı dərhal  1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi hələki məlum olmasa da, araşdırmalar davam etdirilir.

Nurlan Piriyev Space

Paylaş

 Xəbəriniz olsun