Gənc müəllim-FOTO

  • SpaceTV
  • 20 Sentyabr 2019 12:46

Bilik sahəsində zirvəyə çatmaq üçün ən əsası insandan səbr, çalışqanlıq və zəhmətsevərlik tələb olunur.  Yeni tədris ili ərəfəsində “İlin gənc müəllimi-2019” müsabiqəsinin qalibi elan olunan Cəlilabad sakini Elçin Abbasov da belə müəllimlərdən biridir. Gəlin gənc pedaqoqla tanış olaq.

“İlin gənc müəllimi-2019” müsabiqəsinin cəlilabadlı qalibi Elçin Abbasov 14 ildən artıqdır ki, Alar kənd 2 saylı tam orta məktəbində fizika fənnini tədris edir. Milli Məclisin Gənclər və İdman komitəsinin dəstəyi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil keçirilən “İlin gənc müəllimi-2019” müsabiqəsində  I yerə layiq görülməsi Elçin müəllimin böyük sevincinə səbəb olub.

Müsabiqə 3 mərhələdə keçirilib.  50 müəllim içərisindən daha fəal 10 müəllimin təqdim etdiyi işlər seçildikdə, Elçin Abbasov da bu onluqda olub. Bundan sonra isə qaliblərin müəyyən olunması elektron səsvermə yolu ilə aparılıb.

Müsabiqədə I yerin qalibi – 1000 manat, II yerin qalibi – 500 manat, III yerin qalibi – 250 manat məbləğində pul mükafatı ilə təltif ediləcək.

Təyyar Nəsirli Space Cəlilabad

Paylaş

 Xəbəriniz olsun