Gənc fenomendən qandonduran cinayət: Anasını dəfələrlə bıçaqlayıb daxili orqanlarını çıxardı – FOTO

  • Space TV
  • 17 Dekabr 2020 10:04

Moldovada sosial media fenomeni Anna Leykoviç narkotik maddəyə görə mübahisə etdiyi anasını vəhşicəsinə qətlə yetirib.

Sondakika.com xəbər verir ki, 21 yaşlı Leikoviç 40 yaşlı anası Praskovya Leykoviçi bir neçə dəfə bıçaqlayıb və daxili orqanlarını çıxarıb. İşğəncəyə məruz qalan qadın yerindəcə ölüb.

Soyuqqanlı cinayətkar bundan sonra anasının cəsədini evdə qoyaraq sevgilisi ilə görüşə gedib.

Qeyd edilir ki, tibb fakültəsində təhsil alan A. Leykoviç narkotik maddə istifadəçisi olub. 

Faktla bağlı araşdırma başladılıb.

Paylaş

 Xəbəriniz olsun