Gənc cüdo hakimlərinə dərəcə kitabçaları təqdim olunub

  • SpaceTV
  • 14 Avqust 2019 17:23

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) 13 nəfər gənc ədalət təmsilçisinə 1-ci dərəcəli hakim kitabçaları təqdim olunub. 

Space.TV –nin  ACF-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycanda idman sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən, əldə olunan müvəffəqiyyətlərdən, cüdo idman növünün hərtərəfli inkişaf etməsindən danışıb: “Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə Azərbaycan Cüdo Federasiyasının müştərək təşkil etdiyi müxtəlif yaş qrupları arasında paytaxt birincilikləri, Həzi Aslanovun xatirəsinə ənənəvi beynəlxalq turnir ildən ilə iştirakçıların sayında kütləviliyin artımı ilə müşahidə olunur ki, bu da bu idman növünə ölkəmizdə böyük marağın olmasından xəbər verir”.

Paylaş

 Xəbəriniz olsun