Gəncənin raketlə vurulma anı – VİDEO

  • Space TV
  • 12 Oktyabr 2020 11:41

Ötən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması anının videogörüntüsü yayılıb.

Spacetv.az bildirir ki, görüntülər şəhər kameralarında əks olunub.

Videoda göründüyü kimi düşmən tərəfindən atılan raket şəhərin ən sıx yaşayış olan mərkəzinə düşüb.

Həmin görüntüləri təqdim edirik.

Xatırladaq ki, məlum hadisə səbəbindən 4 qadın olmaqla, 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Paylaş

 Xəbəriniz olsun