Gəncədə zibillikdən silah-sursat tapıldı

  • Space TV
  • 17 Fevral 2021 10:48

Gəncə şəhərində silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Post Patrul Xidməti Taborunun əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıb.

Dərhal Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalar zamanı oradan bir ədəd “F-1”, bir ədəd “RQD 5” əl qumbarası, iki ədəd “UZQRM” qumbara partladıcısı, 96 ədəd müxtəlif kalibrli avtomat və tapança patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun