Gəncədə yeni doğulan uşağı zibilliyə atıblar

  • Space TV
  • 24 Dekabr 2019 15:06

Şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş, naməlum oğlan uşağı tapılıb.

Körpə onu tapan sakinlər tərəfindən 2 saylı Birləşmiş Uşaq xəstəxanasına təhvil verilib.

Tibb işçiləri xəstəxanaya yerləşdirilən uşağa  ilkin baxış keçiriblər. Hazırda körpəyə zəruri qulluq olunur.

Həkim neanatoluqun sözlərinə görə körpə 5-6 günlükdür. Onun səhhətində nəzərəçarpacaq ciddi problemlər görünmür.

Hazırda həkim həkim nəzarəti altında müayinələr davam etdirilir.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun