Gəncədə yaşayış evini qarət edən şəxs saxlanılıb

  • SpaceTV
  • 11 May 2020 15:19

Gəncə şəhər sakini, 25 yaşlı Vüsal Qasımov yaşadığı küçədə 4 fərdi yaşayış evini qarət edib. Evlərə eyni üsulla pəncərədən daxil olan Qasımov, ümumilikdə 5000 manat,  5900 ABŞ dolları, 11000 rus rublu, xeyli miqdarda qızıl zinət əşyaları, eləcə də digər qiymətli əşyaları oğurlayıb. Araşdrımalar zamanı onun digər cinayət əməllərinin də üstü açılıb.

Vüsal Qasımov oğurluq yolla əldə ətdiyi qiymətli əşyaları müxtəlif ünvanlarda ucuz qiymətlərə satıb. Polis əməkdaşları həmin əşyların bir qismini taparaq maddi sübut kimi götürüblər.

Gəncə şəhər Baş Polis İdarəsi və onun tebeli orqanlarının əməkdaşları tərəfindən keçirilən digər  əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini əvvəllər məhkum olunmuş Vüqar Həsənov da saxlanılıb. O, bu il mayın 5-də şəhər sakininə məxsus mənzilə gizli yolla daxil olaraq oradan 800 manat dəyərində televizoru oğurlamaqda şübhəli bilinir.

Saxlanılan hər iki şəxsin barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aradırmaları davam etdirilir.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun