Gəncədə xüsusi karantin rejiminin tələblərini pozanlar inzibati məsuliyyətə cəlb olundu – FOTO

  • Space TV
  • 24 Noyabr 2020 10:49

Ölkədə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.   

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə,  xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Göygöl rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktik tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə edirlər. 

Lakin əfsuslar olsun ki, görünən bu tədbirlərə baxmayaraq, xüsusi karantin rejiminin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinir. Polis əməkdaşlarının apardıqları araşdırmalarla xüsusi karantin rejiminin tələblərini pozan vətəndaşlar barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb. Bundan başqa rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan, lakin xüsusi karantin rejiminin tələblərinə cavab verməyən avtomobillərin sahibləri də inzibati məsuliyyətə cəlb olunublar.

Paylaş

 Xəbəriniz olsun