Gəncədə Vətəndaşların mənzil təminatının yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən aparılan ardıcıl işlərdən biri yerlərdə sosial binaların tikintisinin genişləndirilməsidir.

  • Space TV
  • 9 Yanvar 2020 13:03

Əhalisinin sayı 350 min nfərə yaxın olan Gəncə şəhərində sadə vətəndaşlar üçün əlçatan olan sosial mənzillərin tikintisinə başlanılıb.   Mənzil İnşaat Dövlət Agentliyinin sifarişi ilə inşa olunacaq binalar vətəndaşların məznil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm rol oynayacaq. Bu böyük  böyük layəhə üzrə Gəncə çayının sahilində 18 ədəd 9 və 12 mərtəbəli binalar  inşa ediləcək. Artıq layihə start götürüb və ilk binanın inşasına başlanılıb.

Tikinti işlərini müxtəlif şirkətlər həyata keçirəcək. Hazırda ilk binanın tikinti-quraşdırma İşlərinə  40 nəfər  işçi qüvvəsi və lazımı sayda texnika cəlb olunub. İnşa layihəsi ən müasir texnalogiyalar tətbiq edilməklə həyata keçirilir və yaşayış kompleksi tam müasir tələblərə cavab verəcək cavab verəcək.  Ümumən bütün sosial binaların 2020-ci ilin sonuna tam istifadəyə verilməsi nəzərdə tutulur. Mənzillərin satışını isə Mənzil İnşaat Dövlət Agentliyi aparacaq.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun