Gəncədə üzümçülük

  • SpaceTV
  • 7 Dekabr 2019 16:36

Azərbaycanın bərəkətli torpağı və bütün mövsümlər üçün əlverişli iqlim şəraiti burada üzümçülük və şərabçılığın inkişafı üçün əlverişli imkanlar yaradıb. Xüsusən də ötən əsrin 70-80-ci illərində respublikamızda üzüm sahələri sürətlə genişlənib və Azərbaycan keçmiş SSRİ-nin qabaqcıl üzüm istehsalı və emalı məkanlarından biri olub. Hazırki  dövrümüzdə də bu ənənə qorunmaqda və inkişaf etdirilməkdədir. Bununla belə, istər şərabçılıq, istər də süfrə üzümçülüyündə müasir mənzərənin yerli deyil, əsasən Avropa sortlarının müəyyənləşdirdiyi sirr deyil, əksər üzüm sahələrimizdə  artıq gətirilmə sortlar becərilir. Mütəxəssislərin bildirdiklərinə görə əgər 30  il bundan əvvəl Azərbaycanda becərilən 600-ədək süfrə və texniki üzüm sortlarının 400-ü yerli sortlar idisə, hazırda təsərrüfatlarımızda  cəmi 40  yerli sort üzüm becərilir. Həmçinin yerli sortların 75-i tamailə itib, 80- i isə itmək təhlükəsi qarşısındadır. Bu  haqda mülahizələrini bölüşən üzümçü-mütəxəssis (MÜTƏXƏSSİS QADINLA  OLAN KADRLAR GÖRNTÜ FAYLININ ƏVVƏLİNDƏDİR)  bidirdi ki, ənənəvi üzüm sortlarının itməsinin əsas səbəb yerli tinğlik təsərrüfatlarının qıtlığındadır .

Yerli sortların sıxışdırılmasına gətirən səbəblərdən biri , xüsusən şərabçılıqla məşğul olan, yəni texniki sortlar becərən fermerlərin  dünyada “brend” markalı şərablar istehsalına daha çox meyl etməsidir. Halbuki, yerli sortlarımızın keyfiyyət və rəqabət göstəriciləri heç də əcnəbi markalardan geri qalmır. Eyni mənzərə süfrə üzümü üstehsalında da müşahidə edilir.

Gəncəbasar bölgəsində çalışan fermerlərlə də apardığımız söhbətlərdən  aydın oldu ki, onlar “dədə-baba” tənəkliklərin saxlanılması və  bu yerlərin ənəvəvi üzümünün itib-batmaması üçün daha çox yerli sortları becərməyə çalışırlar.

Onu da əlavə edək ki, Azərbaycanlı mütəxəssislər və təcrübəli istehsalçılar yerli sortların əkilməsinə qayıtmaqla, əhalini ilboyu təzə üzümlə təmin etməyin mümkünlüyünü qeyd edirlər. Çünkü bizdə il uzunu yetişərək, bir-birini əvəz edən – tezyetişən qiymətli üzüm sortları kifayət qədərdir.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun