Gəncədə su kanalizasiya xəttləri yenilənir

  • Space TV
  • 24 Aprel 2020 16:00

Gəncə şəhərinin su və kanalizasiya xətlərinin yenidən qurulması üzrə irimiqyaslı layihənin birbaşa abonentlərə qoşulma ilərini nəzərdə tutan  4-cü mərhələsi yaxın vaxtlarda yekunlaşacaq.  Hazırda bu mərhələ üzrə işlərin 90%i bitib. Çəkilən borular test edilib və ilkin olaraq abonentlər içməli su ilə təmin ediliblər. Dördüncü mərhələnin 2017-ci ilin may ayından başlanılan işlər də daxil olmaqla, layihə  çərçivəsində bu günə kimi 268 km su xətti inşa edilib. 201 km uzunluğunda çirkab su xəttlərinin axıdılması üçün kollektr və şəbəkə xəttləri tam quraşdırrılıb. Ayrıca 2670 km məsafədə yolun üst hissəsi zədələnmədən mikrotunellərin qazıntısı  tamamlanb. Təxminən 9500 dən artıq abonentin mənzilinə su və kanalizasiya xətti çəkilib ki, bu say artırılacaq.

Layihənin 4-cü mərhələsindən sonra ölkənin ikinci böyük şəhərin içməli su və kanalizasiya ilə təmin edilməsi istiqamətində 5,6,7 ci mərhələlərinin icraasına start veriləcək. Bu mərhələlər ətraf yaşayış massiv və qəsəbələri əhatə edəcək.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun