Gəncədə şır abidələri

  • Space TV
  • 1 Fevral 2020 15:52

Respublikamızın ikinci böyük şəhəri olan Gəncənin girişindəki Qala-Qapı Kompleksinin üstündə iki möhtəşəm Şir də qərar tutub.  Aslan, Şir  türkdilli xalqların əski totemlərindən sayıldığından bu qədim şəhərimizdə də onun yenidən təcəssüm etdirilməsi məsələsinə xüsusi diqqət verilib. Gəncə şəhərinin daxilində də hələ 2004-cü və 2006-cı illərdə iki möhtəşəm   Şir Simvol-abidələri ucaldılıb. Birinci abidə “Şir və Günəş” adlanır.  Günəş – həyatı və Dünyanı xarakterizə edir. O, Həyatı və Türk Dünyasını qoruyan Şirin üstündə qərar tutub. Şirin yuxarı qalxmış  pəncəsi isə bildirir ki, bura Türk xalqlarının əbədi məskənidir. Abidənin müəllifi də bizimlə söhbətində əski türk totemlərindən biri olan Şir obrazının şəhərlərimizdə yenidən canlandırılmasının məqsdlərinə də toxundu.

Gəncənin daha bir yaşayış massivinin qarşısındakı ikinci abidədə  isə “Gəncə Gerbini mühafizə edən qoşa Şirlər”  əks olunur.  Burada da hündür sütun  üzəridə şəhərin rəmzi və onu qoruyan aslanlar milli dəyərlərimizin əbədiliyini xarakterizə edirlər. Dövlətçiliyimizin əbədiliyinin nişanəsi kimi, həmçinin qədim zamanlardan istər paytaxtımız Bakıda, istər də digər iri şəhərlərimizdə özünə yer tutmuş ənənəvi  tarixi simvollarımızdan olan Şir obrazının müasir şəhərsalmada yenidən təcəssümü olduqca təqdirəlayiq haldır.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun