Gəncədə sərt karantin rejimi ilə bağlı tətbiq olunan gücləndirilmiş qaydalara nəzarət davam edir

  • Space TV
  • 25 İyun 2020 15:02

Xüsusi nəzarət  postları Gəncənin Bakı, Qazax, eləcə də Göygöl, Daşkəsən və Samux şəhər və   rayonlarından giriş-çıxışını təmin edir.

Analoji tədbirlər şəhərin daxilində də həyata keçirilməkdədir. Belə ki,  bütün küçə və prospektlərdə nəzarət postları qurulub. Bundan əlavə polis içtimai nəqliyyatda hərəkət edən sərnişinlərin də yoxlanışını aparır. Təəssüf ki, karantin qaydalarının pozulması halları yenə qeydə alınır. Xüsusən qoruyucu maskalardan istifadə ilə bağlı məsələdə. Bəzi şəhər sakinləri ancaq polisi gördükdə qoruyucu maskalardan istifadə edir.

Məlumat üçün bildirək ki, Nazirlər Kabineti yanında Yaradılan Operativ Qərargahın təlimatına uyğun olaraq iki həftəlik xüsusi karantin rejimin tətbiq edildiyi şəhərlər sırasında  Gənə də var. Xüsusi karantin rejiminə nəzarət üçün Gəncə şəhər Baş Polis İdarəsinin minə yaxın əməkdaşı daxili qoşunların isə 400-ə yaxın şəxsi heyəti cəlb edilib.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun