Gəncədə qaydaları kobud şəkildə pozan sürücü saxlanılıb

  • SpaceTV
  • 24 Aprel 2020 16:04

Gəncənin küçə və prospektlərində digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücünün hərəkətləri yol polislərinin diqqətindən yayınmayıb. Araşdırmalarla, Gəncə şəhər sakini 31 yaşlı Elşən Əsgərovun müxtəlif vaxtlarda şəhərin müxtəlif küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.

 “VAZ 21705” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elşən Əsgərov 15 gün müddətə həbs edilib.

Gəncə şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən bu kimi xoşagəlməz hallar gündəlik olaraq Təhlükəsiz Şəhər Xidməti vasitəsilə izlənilir. Sürücülərdən sükan arxsaında intizamlı olmaları tövsiyyə olunur.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun