Gəncədə qanlı ailə faciəsi yaşanıb

  • Space TV
  • 17 İyun 2020 14:06

Gəncədə ailə  münaqişəsi zəmnində qanlı olay yaşanıb. Hadisə şəhərin Ağamirzə Əhmədov 72-A  ünvanında qeydə alınıb.  1950 ci il təvəllüdlü  Mahir Quliyev 4 ailə üzvünü bıçaqlayıb. Göstərilən ünvanda həmin kişinin özünün və qardaşının ailəsi yaşayır. İlkin məlumata görə hadisəyə səbəb Mahir Quliyevin qardaşı nəvəsinin boşanması olub. Buna əsəbləşən Mahir Quliyev bıçağa əl ataraq yaxınları , öz arvadı 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızını, həmçinin qardaşının ailəsindən -1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızını,  16 yaşlı Quliyev Malik Elnur oğlunu və 18 yaşlı Quliyeva Sevinc Elnur qızını  bıçaqlayıb. Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onlardan Ofeliya Quliyeva aldığı bıçaq yaralarından  yolda keçinib. Urək nayihəsindən bıçaq zərbəsi alan yeniyetmə  Malik Quliyevin isə vəziyyəti ağırdır.  Keçirilən əməliyyat tədbirləri ilə 70 yaşlı baba saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğu və Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun