Gəncədə “Milli Ön” ödəmə terminalları qarət edilib

  • Space TV
  • 5 Fevral 2021 12:28

Gəncədə “Milli Ön” ödəmə terminallarından oğurluq olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki müxtəlif yerlərdə quraşdırılmış 4 “Milli Ön” ödəmə terminalından ümumilikdə 7303 manat pul, kassa aparatı və 300 manat dəyərində kaset hissəsi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılıb.

Araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun