Gəncədə maşın piyadanı vurub öldürdü

  • SpaceTV
  • 30 Noyabr 2019 16:54

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı vurulan piyada xəstəxanada ölüb.

SPACE TV-in bölgə müxbiri xəbər verir ki, hadisə dünən Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 1989-cu il təvəllüdlü Məlahət Musayeva bu gün yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun