Gəncədə mənzildə meyit tapılıb

  • Space TV
  • 25 Noyabr 2020 17:50

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Spacetv.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Qurbanov Azad Şəmil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun