Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman gizli şəkildə fəaliyyət göstərən özəl uşaq bağçası aşkarlayıb.
Xəlvəti fəaliyyəti aşakarlanan kimi dərhal polis əməkdaşarı tərəfindən vətəndaş Gülnar Günəşliyə məxsus “Montesorri Kids Paradis” adlı uşaq bağçasının fəaliyyəti dayandırılıb. Bağçadakı uşaqlar ailələrinə təhvil verilib, valideynlərə övladlarının sağlamlığına qarşı məsuliyyətli olmaq, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
Karantin rejimi ilə uyğun olmayan gizli fəaliyyətə görə, Gülnar Günəşli və bağçanın digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.
Zakir Muradov SPACE TV