Gəncədə karantin rejimini poazan şəxsə qarşı inzibati qaydada həbs qərarı verilib

  • SpaceTV
  • 1 Aprel 2020 15:02

Ölkədə xüsusi karantin rejiminin qaydalarını pozaraq, Gəncə sakini  Tahir Hüseynovun Məhsəti qəsəbəsi ərazisində özünə məxsus kafeni gizli yolla işlətdiyi məlum olub. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı kafenin fəaliyyət göstərdiyi, müşətilərin gizli şəkildə kafeyə daxil olduğu bir daha müəyyən edilib. Reyd zamanı adı çəkilən şəxsə karantin rejiminin tələbrləini kobud şəkildə pozduğu izah olunub. Lakin kafe sahibi polis əməkdaşlarının qanuni tələbələrinə məhəl qoymayaraq onların xidməti fəaliyyətinə mane olmağa çalışıb

Kafe sahibi törətdiyi əməlindən peşmandır. Hər halda Tahir Hüseynov belə deyir. O, həmçinin işçiləri necə gizlətdiyini də etiraf edib.

Daxili İşlər Nazirliyi bir daha  xəbərdarlıq edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının tələblərini pozan iaşə obyektlərinin sahibləri qanuna müvafiq olaraq məsuliyyətə cəlb olunacaq. Həmçinin vəndaşların da qarantin qaydalarına əml etmələri xahiş olunur.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun