Gəncədə karantin rejimi

  • Space TV
  • 30 Aprel 2020 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi tələblərinin bir qədər yumşaldılmasına əraitində də Gəncə şəhər Baş Polis İdarəsinin və Daxili Qoşunların əməkdaşları xidməti vəzifələrini davam etdirərək, əhər ərazisində həm profilaktiki, həm də yoxlama xarakterli tədbirlər həyata keçirilir. Təşkil edilən reydlər zamanı mövcud tələbləri müxtəlif üzdəniraq “usullarla” pozan şəxslər aşkarlanaraq barəsində qanuna müvafiq tədbirlər görülür.

Yoxlamalar zamanı karantin rejiminin tələblərini pozmağa cəhd edənlər arasında rəsmi orqanlar tərəfindən tanınmayan arayışlardan istifadə edənlərə də rast gəlinib.Bu cür qəribə “sənəd”i olan bir nəfəri şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə polis orqanlarına təhvil verilib.

Bundan başqa şəhərdə əksər vətəndaşların hələ də maska və əlcəkdən istifadə etmədiyi də diqqət çəkir. Xüsusi ilə də ictimai nəqliyyatdan qoruyucu vasutələrsiz istifadə edənlər çoxluq təşkil edir. Əlcək və maskadan istifadə etməyən vətəndaşlarla proflaktiki söhbət aparan polis əməkdaşları onlara sağlamlıqlarının qorunması üçün vacib olan vasitələrdən istifadə etməyi tövsiyə ediblər. Asayiş keşikçiləri belə şəxslərə əlcək və maska təqdim ediblər.

Onu da qeyd edək ki, Gəncə üzrə karantin dövründə ümumilikdə 1015 şəxsin xüsusi rejimin tələblərini pozması aşkarlanıb ki, onlardan 1004-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə ediliblər. 11 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib. İnzibati tədbir görülən şəxslərdən 22 nəfəri iaşə obyektlərinin sahibləridir.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun