Gəncədə kafe karantinə rəğmən işləyirmiş: Sahibi və müştərilər tutuldu

  • Space TV
  • 5 Yanvar 2021 11:22

Gəncə şəhərində karantin rejimi qaydalarını pozan kafe aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Elşad İbrahimov və yeddi nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq, RPİ-nin ərazi üzrə Polis Bölməsinə  gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun