Gəncədə içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulması üzrə layihə yekunlaşmaq üzrədir

  • Space TV
  • 22 Yanvar 2020 15:37

Gəncə şəhərini keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması, eləcə də kanalizasiya sisteminin yenilənməsini nəzərdə tutan bu iri layihənin artıq sonuncu, dördüncü mərhələsinin işləri gedir və bu mərhələ bu ilin sonuna yekunlaşacaq. Ötən müddətdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb. Gəncə şəhərində həcmi  4 min kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 kilometrlik magistral su kəməri çəkilib. Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12 min kubmetr olan 3 su anbarı, 11 kilometr magistral su xətləri inşa edilib. Ötən müddətdə Göygöl və Qızılqaya mənbələrindən şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi isə Şəmkirçay su anbarı hesabına təmin olunacaq. Bu istiqamətdə məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu inşa edilib. Sutəmizləyici qurğudan şəhərə suyun verilməsi üçün 27,5 kilometr Şəmkirçay-Gəncə magistral su kəməri tikilib. Hazırda dördüncü mərhələ üzrə magistral su xətlərinin, eləcə də kanalizasiya kollektor sisteminin şəhərin daxilində ünvanlara qoşulması mərhələsi gedir.

Son mərhələ zrə işlər çərçivəsində şəhər hüdudlarında 5 min kubmetr tutumu olan daha bir su anbarı tikilib,  min kubmetr tutumlu ikinci su anbarının da inşası gedir. Qeyd edək ki, Gəncə şəhərinin Heydər Əliyev, Atatürk prospektləri, eləcə də Şeyx Bahəddin, Totanlı, İsmət Qayıbov, Ozan,  Abbaszadə və digər yerlərinə artıq yeni xətlərlə su verilir. Ümumilikdə, Gəncədə 855 kilometr içməli su, 813 kilometrlik kanalizasiya şəbəkəsinin  şəbəkəsinin tikintisi nəzərdə tutulur.Həmçinin Gəncə şəhərində icra olunan layihədən yaxı gələcəkdə, 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaq.   

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun