Gəncədə hisə verilmiş duzlu balıq istehsalı ilə məşğul olan qanunsuz sex aşkarlanıb və qapadılıb

  • Space TV
  • 18 İyun 2020 14:49

Gəncə şəhəri Zeynal Xəlil küçəsi ev 1 ünvanında yaşayan Fuad Cəmil oğlu Salmanovun öz şəxsi həyətində balıq məhsullarının hisə verilməsi və  satışı ilə məşğul olduğu aşkar edilib. Məlum olub  ki, sexin fəaliyyəti heç bir gigyenik tələblərə cavab vermir. Yay mövsümündə  tələbatı artanduzlu və his balıq məhsulunun  bu vəziyyətdə hazırlanması sağlamlıq üçün çox təhlükəlidir.

Yoxlamalar zamanı satışa üçün hazır olan  120 kq, həmçinin hissə verilməyən natəmiz qablarda saxlanılan 80 kq məhsul dövriyyədən çıxarılıb. Sexin fəaliyyəti isə ümumiyyətlə dayandırılıb.

Xəbərdarlıq edilir. Əhalinin isə mənşəyi məlum olamayan yerlərdən bu cür qida məhsullarının alışı məsləhət görülmür.

Zakir Muradov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun