Gəncədə güclü külək bir sıra fəsadlara yol açıb.

  • SpaceTV
  • 23 May 2020 14:30

Anidən başlayan  və təxminən 20 dəqiqə çəkən küləyin təsirindən şəhərin mərkəz hissəsində, o cümlədən digər küçə və prosspektlərdə iri gövdəli ağaclar yol kənarlarına, eləcədə avtomobillərin üzərinə aşıb. Bundan əlavə külləyin şiddəti bəzi binalarda dam örtüyünü sıradan çıxarıb,elektrik enerjisinin verilişində fasilələr yaranıb. Belə ki, təbiət hadisəsi zamanı təxminən 10-a yaxın bina işıqsız qalıb.

Hazırda işıqsız qalan binaların elektrik enerjisinin bərpa edilməsi üçün işlər aparılır. Ayrıca aidiatlı qrumlar tərəfindən şəhər təsərrüfatına dəyən ziyanın miqdarı hesablanır. Analoji vəziyyət Samux və Şəmkir rayonlarında da qeydə alınıb. Burada da iri gövdəli ağaclar aşıb. Şəmkir rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun