Gəncədə evdən 9 min manat dəyərində nərd və təsbeh oğurlanıb

  • SpaceTV
  • 23 Noyabr 2020 12:53

Gəncədə evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Spacetv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8 700 manat dəyərində 30 ədəd nərd, 690 manat dəyərində 23 ədəd təsbeh, 1 075 manat dəyərində məişət əşyaları və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Q.Bayramov saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun