Gəncədə erməni təcavüzündən zərər çəkənlərə ödənişlərin verilməsinə başlanılıb

  • Space TV
  • 6 Yanvar 2021 16:02

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncəyə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsinə başlanılıb.

Spacetv.az-ın məlumatına görə, bununla əlaqədar olaraq Gəncədə raket hücumu nəticəsində yaşayış evlərinə ziyan dəymiş vətəndaşlara və ya onların qanuni nümayəndələrinə plastik kartlar paylanılıb.

Vətəndaşlar banka yaxınlaşaraq plastik kartları təhvil alıblar.

Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq sosial məsafənin gözlənilməsinə polis və Daxili Qoşunların əməkdaşları nəzarət ediblər.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə öz dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində ölkə üzrə mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9 068 128 manat ayrılıb.

Xatırladaq ki, Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən 5 gün: 4,5,8,11,17 oktyabr tarixlərində bir neə dəfə raket atəşinə tutulub. Nəticədə 26 mülki şəxs həlak olub, 120-dən artıq vətəndaş yaralanıb.

Paylaş

 Xəbəriniz olsun