Gəncədə dəm qazından ölən var

  • SpaceTV
  • 10 Dekabr 2019 16:09

Gəncə şəhərində dəm qazından ölümlə nəticələnən daha bir bədbəxt hadisə qeydə alınıb. Hadisə şəhərin Natəvan qəsəbəsində baş verib. Qəsəbədə kirayədə qalan Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Mehdi Bayram oğlu Məmmədzadə həyətdə olan hamam otağında çimərkən boğularaq ölüb. Onunla kirayədə bir ünvanda qalan iş yoldaşı qeyd edib ki, hava soyuq olduğundan Mehdi kişi böyük hamam otağında deyil, ona bitişik yuyunma-tualet otağında çimməyə üstnlük verib və ora sızan dəm qazından boğulub

Qeyd edək ki, Mehdi Məmmədzadə və onun otaq yoldaşı beş gün bundan qabaq Gəncə şəhərinə işləməyə gəliblər. Faktla bağlı araşdırma aparılır.

Zakir Muradov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun