Gəncədə dəfələrlə məhkum olunmuş “Ramoş” ləqəbli kriminal aləmin üzvü saxlanılıb

  • Space TV
  • 9 Yanvar 2020 19:21

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat keçiriblər. Nəticədə Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov saxlanılıb. Baş Polis İdarəsində “Ramoş” ləqəbli şəxsin üzərində axtarış aparılan zamanı 1 ədəd “Makarov” tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə  aşkar olunaraq götürülüb.

Bəhram Səmədovun ətrafında aparılan axtarış tədbirləri nəticəsində kriminal aləmin digər bir üzvü də saxlanlıb. “Saşa” ləqəbli 35 yaşlı Sabir Şabanovda soyuq silahla ələ keçib.

Hazırda Bəhram Səmədovun odlu silahı haradan və hansı məqsədlər üçün əldə etməsi eləcədə digər kriminal əlaqələrinin müəyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

ZAKİR MURADOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun