Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

  • SpaceTV
  • 10 Dekabr 2019 16:19

Gənc ailənin dörd üzvü gecə vaxtlarında dəm zazından zəhərlənib. Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü Şirin Qasımov, 1988-ci il təvəllüdlü Jalə Qasımova, ailənin övladları – 7 yaşlı Nigar Qazımzadə və 5 yaşlı Elçin Qasımzadə yaşadıqları mənzillərində dəm qazından zəhərləniblər. 31 yaşlı gənc ana  təcili tibbi yardım xidməti gələnə qədər dünyasını dəyişib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Onlara ambulator müalicə göstərilidikdən sonra evə buraxılıblar. Qonşular bu faciəvi hadisədən kədərləndiklərini bildirib, qeyd edirlər ki, sözügedən binada və ümumən bu ərazidə uzun müddətdir ki, mərkəzləşdirilmiş qazanxana sistemi olmadığından, sakinlərin çoxu mənzillərini çuğun sobalar ilə qızdırırlar ki, bu da  xüsusi diqqət tələb edir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun