Çirkli, anti-sanitar torbalara yığılan su şüşüləri, yararsız vəziyyətdə olan su çənləri, üfunətli verən vannalar. Bu görüntülər Gəncədə bir limonad istehsalı ilə məşğul olan müəssisədəki vəziyyəti aydın göstərir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyininin Gəncə Regional Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı məhz bu acınacaqlı vəziyyət aşkarlanıb. Şəhərin Məhsəti qəsəbəsində Verdiyev Balakişi Mürsəl oğluna məxsus “Üç Bulaq” adı altında hazırlanan limonad məhsullarının heç bir gigyenik tələblərə cavab vermədiyi, adi sanitar norma və tələblərdən uzaq hazırlandığı ortaya çıxdı. O da məlum oldu ki, limonad şüşləri məişət tullantılarının atıldığı ərazilərdən yığılır və bu sexdə yuyularaq yenidən sitehsala buraxılır.
Gizli bir həyətdə, olduqca qapalı şəraitdə istehsal edilən bu limonadların gündəlik istehsal gücü təxminən 800- ədəd rəşkil edir. Bu cür üzdəniraq sərinlədiricilərin artıq şəhərin müxtəlif ticarət mərkəzləri və marketlərə paylanıldığı da bəlli olub. AQTA-nin əməkdaşları tərəfindən bu limonadların satışdan çıxarılması prossesinə başlanılıb. Bundan əlavə limonadların hazərlanmasında istifadə edilən qida əlavələri Qida Təhlükəsizlik İnistitunun müvafiq labaratoriyalarında müayinədən keçiriləcək. Reyd zamanı limonad sexinin fəaliyyəti dayandırılıb və avadanlıqlar öhürlənib.
Zakir Muradov SPACE TV