Gəncədə 200 abunəçinin qaz təchizatı məhdudlaşdırılıb

  • Space TV
  • 12 Oktyabr 2020 15:08

Gəncə şəhərinə düşmənin atdığı raket zərbəsi nəticəsində oktyabrın 11-də, saat 02:15-dən etibarən Gəncə şəhəri, Ələkbər Rəfibəyli küçəsində qaz təchizatı dayandırılıb.

Bu barədə Spacetv.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin qərargahından bildirilib. 

Məlumata görə, nəticədə 200 abunəçinin qaz təchizatı məhdudlaşdırılıb. Bunlardan 30-nun yaşayış ünvanı artıq yoxdur. 170 abunəçisinin isə qaz təchizatının bərpa edilməsi üzrə işlər aparılır. 

Paylaş

 Xəbəriniz olsun