Gəncə və Bərdəyə hücumların qurbanları Moskvada anıldı

  • SpaceTV
  • 30 Oktyabr 2020 17:45

Bu gün Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında ölkə və Qarabağ münaqişəsi haqqında məlumatların təqdim olunduğu stend açılıb.

Spacetv.az xəbər verir ki, stend üzərindəki yazıda qeyd olunur: “Qarabağ mübahisəli ərazi yox, dünyanın tarixən və rəsmən tanıdığı Azərbaycanın ayrılmaz parçasıdır”.

Bununla yanaşı, həmin məkanda Gəncəyə və Bərdəyə Ermənistan ordusunun raket hücumlarını əks etdirən fotolar və yazılı məlumatlar da yerləşdirilib. Rusiya paytaxtında yaşayan azərbaycanlılar, habelə bu faciəyə biganə qalmayan yerli əhali nümayəndələri stendə gül-çiçək düzərək həlak olan vənədaşlarımızın xatirəsini ehtiramla yad edirlər.

Paylaş

 Xəbəriniz olsun