Gəncə terrorunun Rusiya vətəndaşı olan qurbanı son mənzilə yola salınıb – VİDEO

  • SpaceTV
  • 26 Oktyabr 2020 16:23

17 oktyabr Gəncə terroru nəticəsində ağır yaralanan və oktyabrın 24-ü  səhər saatlarında həyatını itirən Rusiya vətəndaşı Artur Mayakovla vida mərasimi keçirilib.

Space TV xəbər verir ki, vida mərasimi Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində baş tutub. 13 yaşlı Artur Mayakovun son mənzilə yola salınması ilə bağlı keçirilən vida mərasimində şəhər rəhbərliyi, rus icmasının nümayəndələri, şəhər sakinləri, Artur Mayakovun yaxınları və müəllimləri iştirak edib. Kilsədə dualar oxunub, 13 yaşlı Arturun və Ermənistan ordusunun Gəncədə törətdiyi terror qurbanlarının xatirəsi anılıb.

Məlumat üçün bildirək ki, Artur Mayakov Rusiya vətəndaşı olsa da bir müddət idi ki, Gəncə şəhərində yaşayırdı. O, burada yaxınlarının himayəsində olub. Həmin gecə, yəni oktyabrın 17 -si Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan ballistik raket Mayakovun yaşadığı evin yaxınlığına düşüb. Nəticədə Artur Mayakov koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bütün tibbi müdaxilələrə baxmayaraq 13 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Məlumat üçün bildirək ki, erməni terroru nəticəsində Gəncə şəhərində Artur Mayakovdan başqa daha 4 uşaq dünyasını dəyişib. Ölən uşaqlardan ən kiçiyiçi 11 aylıqdır. Ümumildə isə Gəncə şəhərinə atılan son raket zərbəsi nəticəsində 15 nəfər dünyasını dəyişib, 50-dən artıq yaralı var.

Paylaş

 Xəbəriniz olsun