Gəncə terroruna məruz qalanlar evlə təmin ediləcək

  • SpaceTV
  • 19 Oktyabr 2020 14:32

“Gəncə terroru zamanı evləri dağılmış hər kəsə yeni evlər veriləcək.”

Spacetv.az-ın məlumatına görə, bu sözləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov oktyabrın 17 də Ermənilərin atdığı raket nəticəsində evləri dağılmış vətəndaşlarla görüş zamanı bildirib.

“Dağılmış bütün evlərin əvəzinə yeni evlər veriləcək, kimin nə problemi varsa, bildirsin. Bu hadisələr, zərər çəkən hər bir şəxs Prezidentimizin, I vitse prezidentimizin diqqətindədir.”

Qeyd edək ki, oktyabrın 17 də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə ərazisinə atılan raket nəticəsində bir neçə ev tamamilə dağılıb.

Paylaş

 Xəbəriniz olsun