Gəncə şəhərində oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib

  • SpaceTV
  • 4 İyun 2020 14:27

Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyevanı öz oğlu döyüb. Qadının oğlunun içki aludəçisi olduğu söylənilir. Yaşlı qadın müxtəlif bədən xəsarəti ilə xəstəxanaya aparılıb. Ona zəruri tibbi yardım göstərilib və evə buraxılıb. Qadını digər yaxın qohumları öz evlərinə aparıblar. Oğul isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun