Gəncə şəhərində baş verən güclü yağış nəticəsində yaranmış selin fəsadları aradan qaldırılır

  • SpaceTV
  • 13 İyul 2020 15:36

İyulun 11-12-də Gəncə şəhərində baş verən güclü yağış nəticəsində yaranmış selin fəsadları aradan qaldırılır.

Bu barədə space tv-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində əsasən şəhərin Gülüstan və Məhsəti qəsəbələrinə ziyan dəyib: “Gülüstan qəsəbəsində 20-yə yaxın fərdi yaşayış evinin zirzəmisi və həyətyanı sahələrə su dolub. Hadisə yerinə Rayon İcra Hakimiyyəti və Fövəqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Artıq evlərin zirzəmilərinə və həyətyanı sahələrə dolmuş sel suları çəkilib, ərazidə bərpa işləri aparılıb. Selin fəsadlarının 90 faizi aradan qaldırılıb. Hazırda ərazidə işlər davam etdirilir.

Məhsəti qəsəbəsində də bir neçə həyətyanı sahəni su basıb. Həmin ərazidə də selin fəsadları aradan qaldırılıb, ciddi problem yoxdur. Hazırda hadisə nəticəsində dəymiş ziyan müəyyənləşdirilir”.

Paylaş

 Xəbəriniz olsun